SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Bakı-Gəncə sürət qatarı yolda qaldı - Abbas da bu qatarda olub

07 Yanvar 2019 [17:44]
Hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib.
"Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova mətbuata açıqlamasında bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb. Problem qısa müddət ərzində aradan qaldırılıb. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb.

Qeyd edək ki, sözügedən qatarda Əməkdar artist Abbas Bağırov da olub. O, VİP vaqondan sosial şəbəkədə video da paylaşıb.