SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Bir status illərin dostluğunu pozdu - İlkin - Kənan qalmaqalı - FOTOLAR

07 Yanvar 2019 [17:19]
Aparıcı İlkin Həsəni ilə rejissor Kənan Mahmudov (Kənan M. M) arasında qalmaqal yaranıb. 
Tərəflər arasında gərginlik "Cinemazadeh” studiyasının baş redaktoru Xətai Əlinin sosial şəbəkədə yazdığı statusdan sonra başlayıb. 

X. Əli feysbukda "Şükür Allaha, Kənan M.M bu il də uğurlarını Türkiyədə davam etdirəcək. Bizi burada heç bir təhlükə gözləmir”- deyə status paylaşıb. Kənanın isə həmin posta şərhi gecikməyib:"Sizi "Fəlakət”lər, "Bozbaş”lar gözləyir. Hələ görəcək günləriniz qarşıdadır”.

Xətai isə "Onların da birinci filmini sən çəkmisən” – deyə Kənana cavab yazıb. 

Bundan sonra "Bozbash Pictures”in üzvü, aktyor-aparıcı İlkin Həsəni də məsələyə münasibət bildirib.  O da feysbukda status yazaraq Kənanı tənqid edib: "Bayaq gördüm ki, Xətai status yazıb, baxdım gördüm nə? 2014-də ilk filmimizin içinə şey eliyən nədi onun adı ,öz imzasını atan Kənan belə bir şərh yazıb. İstədim şapalaq təsirli bir cavab yazım, baxdım gördüm Xətai məni qabaqlayıb. Kənan yaxşı oğlandır,İnşallah tezliklə yaxşı rejissor da olar”.

Kənan da tez bir zamanda həmin statusa rəy verib: "Savaşçı”da Xocalı səhnəsini paylaşmayanlara bunu paylaşmaq yaraşar. Fox TV Azərbaycan fanatı deyil, Amerika kanalıdır. Onlar üçün Xocalı, Qarabağ və Azərbaycan dərdi maraqlı deyil. Əgər bu problemləri orada göstgərirlərsə, bunun bir səbəbi var. İlkin Həsəni, nə sənin, nə də ətrafının başları üçün deyil ki, mənə şapalaq kimi cavab versin. Dəfələrlə sənin "razborka”larında mən səni şapalanmaqdan qorumuşam. Uğuruma sevinib təbrik yazmayan insanların iradları mənə maraqlı deyil. Bizim fərqimiz çoxdur, həm oğlan, həm sənətçi, həm də insan kimi... Gedin, vicdanınızı qucaqlayıb yatın”. 



Daha sonra Kənan İlkinə soyüşlə cavab verməyə başlayıb. Həsəni isə Kənanı söyüş söydüyü üçün  "blok”a atdığını qeyd edib. 

Əksəriyyəti isə sözügedən qalmaqalın qurama olduğunu iddia edib. 

Qeyd olunur ki, İlkin Həsəni yeni "Bombaltı”filminin premyerası ərəfəsində PR üçün belə bir addım atıb.