SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Venesiyaya gedənlərin nəzərinə – Vergi ödəyəcəksiz

30 Dekabr 2018 [23:26]
Gələn il Venesiyaya gedən turistlər vergi ödəməyə məcbur olacaqlar.İtaliya Parlamentində qəbul edilən 2019-cu ilin dövlət büdcəsində qeyd olunub ki, şəhərə gələn hər kəs ödəniş edəcək. 
"Şəhərə giriş vergisi” 5-10 avro arasında dəyişəcək. Venesiya Bələdiyəsi isə bildirib ki, vergiyə avtobus, qatar və gəmi biletləri də daxil olacaq. 

Qeyd edək ki, Roma və Milandan sonra İtaliyanın ən çox bəyənilən şəhəri Venesiyadır.  Rəsmi rəqəmlərə görə, tarixi yer ildə 19 milyon insan qonaq qəbul edir.