SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

Türkiyədə müəllim Xocalıda qətlə yetirilən hamilə qadının heykəlini hazırladı

29 Dekabr 2018 [20:13]
Türkiyənin Fərat Universitetinin müəllimi Rüçhan Keçeci Xocalı faciəsi zamanı ermənilər tərəfindən xüsusi vəhşiliklə qətlə yetirilən hamilə qadını və bətnindəki körpəsini təsvir edən metal heykəl hazırlayıb.
Dunya-az.com AzərTAC-a istinadən xəbər verir ki, "Körpənin səssiz fəryadı” adı verilən heykəlin ən maraqlı cəhəti onun 2500 tullantı metal hissədən hazırlanmasıdır.

R.Keçeçi müsahibəsində bu əsərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusunun hərbi birləşmələri tərəfindən yerlə-yeksan olunan Xocalı şəhərində qətlə yetirilən 613 günahsız insanın xatirəsinə ithaf etdiyini bildirib. 


Diqqətə çatdırıb ki, əsərdə faciə günü Ermənistan ordusunun əsgərləri tərəfindən təcavüz olunduqdan sonra kürəyindən süngü ilə vurularaq öldürülən hamilə qadın təsvir edilir. O, metal heykəlin Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Qazi Universiteti ilə Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkil etdiyi "Eşidilməyən haray: Xocalı” beynəlxalq rəsm və heykəl yarışında ən yüksək mükafata layiq görüldüyünü bildirib.