SON XƏBƏRLƏR
Cəmiyyət və qadın
SƏHİYYƏ
Ədəbiyyat
Elm və texnologiya
çox oxunan

TÜRKİYƏDƏ TURİSTLƏR VERGİ ÖDƏYƏCƏKLƏR

28 Dekabr 2018 [13:57]
Türkiyədə turistlər təhlükəsizlik vergisi ödəməli olacaqlar.
Müvafiq qayda 2019-cu ilin 1 yanvar tarixindən qüvvəyə minir.
Yenilik Türkiyəni hava limanları vasitəsi ilə tərk edən turistlərə şamil olunacaq.
Ölkənin bütün aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirən Türkiyə hökuməti xərclərin bir hissəsini turistlərin üzərinə qoyur.

Yeni vergi rüsumunu istər Türkiyə vətəndaşları, istər də əcnəbilər ödəməli olacaqlar. Bu məsələdə yaş həddi və səfər mövsümü kimi amillər nəzərə alınmayacaq.